- Baxış sayı: 13
- 05 Fevral 2026 12:43
- Baxış sayı: 196
- Fevral 04, 2026
- 0

İran Pro-liqasında mübarizə aparan «Traktorsazi» klubu zədə epidemiyası bürüyüb. Allsport.az saytı xəbər verir ki, mövsümün əvvəlində bir neçə aparıcı üzvünün xidmətindən yararlana bilməyən «ağ-qırmızılar», dünən braziliyalı Avqusto Sezarı da itirib.
Təbriz komandasında zədəli oyunçuların çox olması, onun ölkə çempionatında çıxışına da təsir göstərir. «Traktorsazi» hazırda 16 kollektiv arasında 14 xalla 7-cidir. Bu gün «ağ-qırmızılar» 11 tur çərçivəsində səfərdə «Səba» ilə qarşılaşacaq.