- Baxış sayı: 16
- 05 Fevral 2026 12:43
- Baxış sayı: 197
- Fevral 04, 2026
- 0

İran premyer-liqasının 28-ci turunda “Traktor” – “Persepolis” oyunu yarımçıq dayandırılıb. Allsport.az saytı xəbər verir ki, matçın 2-ci hissəsində yerli tərəfdarlar meydana daş atıb.
Qonaq komandanın futbolçusu Ümid Əlişah onu yerdən götürüb qarşı tərəfə tullayıb. Bundan sonra, hər 2 komandanın futbolçuları arasında dava düşüb.
Polis azarkeşlərin meydana daxil olmasının qarşısını alıb. Oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırlıb.
Pandemiyadan sonra ilk dəfə son görüşdə “Traktor”un 70 minlik “Yadigar” stadionu tam dolub. “Al qurdlar” 25 xalla 16 klub arasında 13-cü pillədədir.