- Baxış sayı: 73
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
AzAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Futbolçulara tapşırmışdım ki, mümkün qədər qol vurmaq lazımdır. Bilirdim ki, gözəl oyun olmayacaq. Odur ki, futbolçulardan sırf nəticə tələb etmişdim. Düzdür, qol vura bilmədik. Amma komandanın oyunundan razı qaldım.
Hücumda müəyyən çətinliklərimiz oldu. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq. Düzdür, mən 1 həftə Bakıda olmamışam. Buna rəğmən, komanda proqram əsasında çalışıb. Mən olmadığım müddətdə görülən işdən razı qalmışam. Hər hansı bir nöqsan yoxdur”.