- Baxış sayı: 21
- 28 Noyabr 2024 22:16
- Baxış sayı: 111
- Noyabr 28, 2024
- 0
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqasının 2-ci turunda “Sabah”a qarşı oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, o, 1:0 qalib gəldikləri matçdan sonra mətbuat konfransında bunu deyib:
“Ağır oyun keçdi. Deyərdim ki, birinci hissədə daha maraqlı oyun sərgilədik. Fasilədən sonra əsas məqsəd qələbə hesabını qorumaq idi. Çalışdıq ki, ötən oyunda buraxdığımız səhvləri bu dəfə təkrarlamayaq.
Komandamızın çıxışından razı qaldım, amma oyundan oyuna daha yaxşı futbol göstərəcəyik. Qarşıda bizi “Qəbələ” ilə çətin səfər qarşılaşması gözləyir”