Təsadüf, yoxsa ilahi uyğunluq?

Gənclər və idman nazirliyi Paris-2024 yay olimpiya oyunlarında maraqlı məqamların göstəricilərini təqdim edib. Allsport.az saytı xəbər verir ki, rəqəmlərdə uyğunluq diqqət çəkir.

  • Azərbaycan respublikasının bu il 33 yaşı olur;
  • Azərbaycan 33-cü yay olimpiya oyunlarında təmsil olundu.
  • Azərbaycan respublikasının gənclər və idman nazirliyinin bu il 30 illik yubileyidir;
  • Azərbaycan Paris-2024 yay olimpiya oyunlarında 30-cu yeri tutdu.
  • Azərbaycan respublikasının gənclər və idman nazirliyinin 30 illiyi iyulun 26-da tamam oldu.
  • Paris-2024 yay olimpiya oyunlarının açılış mərasimi iyulun 26-da keçirildi.
  • Paris-2024 yay olimpiya oyunlarının açılış və bağlanış mərasimlərində Azərbaycanın üçrəngli bayrağını daşıyan – Gültac Məmmədəliyeva, Məhəmməd Abdullayev, Zeynəb Hümmətova və Həşim Məhəmmədov – 4 idmançımız 25 yaşındadır (1999-cu il).

Həmin kateqoriyadan