- Baxış sayı: 56
- 23 Aprel 2025 23:44
- Baxış sayı: 60
- Aprel 24, 2025
- 0
Türkiyənin Samsun şəhərində taekvondoçular arasında beynəlxalq qran-pri turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, Yaşar Doğu İdman Zalında təşkil olunan yarış olimpiya çəkiləri üzrə keçirilib və Rio-2016-ya lisenziya xalları verib.
Bu gün mübarizəyə daha bir təmsilçimiz qoşulub. Ayxan Tağızadə (68 kq) ilk döyüşdə fransalı Stevens Barklaysı (10:5), növbəti görüşdə belçikalı Jaouad Ashab məğlub edib. 1/4 finalda təmsilçimiz Arazın o tayından olan Əbülfəz Yaqublu ilə qarşılaşıb. Gərgin mübarizdə Bakı-2015-in qalibi iranlı rəqibinə 2:3 hesabı ilə uduzub.
Beləliklə, millimiz Anadoludan medalsız qayıdır. G4 kateqoriyalı yarışda buna qədər Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) vg Radik İsayev (+80) dayanqı başıağatı tərk ediblər.