- Baxış sayı: 31
- 22 Aprel 2025 16:39
- Baxış sayı: 242
- Aprel 22, 2025
- 0
18-20 sentyabrda Türkiyənin Samsun şəhərində taekvondoçular arasında beynəlxalq qran-pri turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Yaşar Doğu İdman Zalında təşkil olunacaq yarış olimpiya çəkiləri üzrə keçiriləcək və Rio-2016-ya lisenziya xalları verəcək.
Bu rəqabətdə millimiz də mübarizə aparacaq. Baş məşqçi Rza Mehmandostun rəhbərliyi ilə kişilərdə Avropa və dünya çempionu Radik İsayev (+87) ilə Ayxan Tağızadə (68 kq), qadınlarda Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi təmsil edəcəklər.
Xatırladaq ki, adı 2-3-cü çəkilən dayanq ustaları iyunda Bakıda keçirilən 1-ci Avropa Oyunlarının qalibidirlər. Fəridə Əzizova isə dünya və qitə çempionatları və Bakı-2015-in bürünc mükafatçısıdır.