- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Taekvondoda qran-pri mövsününə start verilir. Allsport.az saytı xəbər verir ki, İlk olaraq 4-6 avqustda Moskva keçiriləcək turnir müvafiq olaraq, Mərakeşın paytaxtı Rabatda, Londonda və final mərhələsi isə Fildişi Sahilinin paytaxtı Əbidcanda təşkil ediləcək.
G4 kateqoriyalı beynəlxalq yarışda böyüklərdən ibarət milli yığma komandamız bu dəfə 5 taekvondoçu ilə təmsil olunacaq. Təlim-məşqləri başa vuran komandamız artıq Moskva şəhərindədir. Yarışda kişilərdən Qaşım Məmhəmmədov (58 kq ), Məhəmməd Məmmədov və Ayxan Tağızadə (hər ikisi – 68 kq), Ramin Əzizov (+80 kq) qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.
Baş məşqçi Rza Mehmandost və qadınlardan ibarət milli yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə turnirə qatılan millimiz Vətənə avqustun 7-də dönəcək. Nəzərinizə çatdıraq ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.