Taekvondoçumuz yarımfinalda olimpiya çempionuna qalib gəldi!

Taekvondoçumuz Həşim Məhəmmədov (58 kq) Paris yay olimpiya oyunlarında mücadiləyə qoşulub. Allsport.az saytı xəbər verir ki, o, 1/8 finalda irlandiyalı Cek Uolleyə 2:0 (7:4, 12:7) qalib gələrək, növbəti mərhələyə adlayıb.

1/4 finalda ispaniyalı Adrian Visente Yunta ilə qarşılaşıb. Bu döyüşü də üstün keçirən dayanq ustamız eyni nəticə ilə (11:5, 13:11) yarımfinala vəsiqə qazanıb.

Bu mərhələdə onu italiyalı dünya və son Avropa çempionu Vito Akvila qarşılayıb. Tokio-2020-nin qalibinə də imkan verməyən idmançımız adını finala yazdırıb (9:4, 11:1).

Həmin kateqoriyadan