- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın prezidenti Tahir Gözəl “Linfild”lə oyunla bağlı açıqlama verdi. Allsport.az saytı xəbər verir ki, o, komandamızın Avropa liqasının qrup mərhələsinə düşəcəyinə öncədən inandığını dedi: “Şimali İrlandiyada ilk oyunda da ordaydım. Bizi təriflədilər, xoş sözlər dedilər. “Qarabağ”ı nəhəng klub hesab etmələrini onların qəzetlərində oxumaq çox qürurverici idi. Səfərdə uduzsaq da, içim rahat idi. Cavab matçına böyük ümidim vardı. “Qarabağ” çox üstün və özünəinamlı Avropa oyun göstərdi. Bu komanda tarixinin ən güclücüdür.
“Qarabağ” adına yaraşan siyasəti uğurla davam etdirir. Qrup mərhələsinin püşkü atılacaq. Əlbəttə, “Mançester Yunayted” kimi səviyyəli klublarla qarşılaşmağımız şərəf olardı, amma indi deyil, sonra (gülür). Avrolubokda uğurumuz klubun büdcəsinə çox kömək edir. Bizim elə böyük büdcəmiz yoxdur. Mənimlə razılaşarsınız ki, aldığımız yeni futbolçular effektli oldu. Hesab edirəm, yeni transferlərə hələ ehtiyac yoxdur. Abdullah Zubir də satmaq fikrimiz yoxdur. O, indi bizə çox lazımdır. Çox istərdim ki, yaxın gələcəkdə əsas heyətdə oynayan xeyli sayda yerli futbolçu olsun”.