Tahir Gözəl Qarabağ universitetinin rektoru ilə görüşdü

Azərbaycan premyer liqasının XXIX turunun “Qarabağ” – “Zirə” (1:0) oyununu izləyənlər arasında Qarabağ universitetinin rektoru Şahin Bayramov da olub.

Allsport.az xəbər verir ki, qarşılaşma zamanı Ağdam klubunun prezidenti Tahir Gözəllə rektor arasında səmimi fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ” futbol klubunu Qarabağ universitetinə dəvət edib.

Tahir Gözəl bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər işğaldan azad edilmiş şəhərlərə səfəri nəzərdə tutulur: “Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Həmin kateqoriyadan