- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl çempionlar liqasının ilk ələməsində evdə Albaniyanın “Partizani” klubuna 2:0 qalib gəldikləri görüşlə bağlı müsahibə verdi. Allsport.az saytı xəbər verir ki, o, ilk qoldan sonra müdafiə olunan rəqibin açılmağa məcbur qaldığını qeyd etdi.
– Bilirsiniz ki, rəqib qapalı oynayırdı. Onların məqsədi oyunu penaltilər seriyasına aparmaq idi. Rəqibi də təbrik edirəm. Bizim ilk qolumuzdan sonra oyun açıldı. Çox yaxşı oyun alındı. “Qarabağ” çox gözəl çıxış etdi. Yeni futbolçularımızdan da çox razıyam. Hamı yaxşı oynadı, amma Abdullah Zubiri xüsusən vurğulayardım. Hamımızın ürəyi açıldı.
– Yəqin ki, son dəqiqələrdə daha da həyəcanlandınız.
– Bəli, biz qol vurduqdan sonra onlar da açıq oynadılar. Məncə, elə əsas oyun bundan sonra başladı.
– Bu mövsüm avrokuboklarda hədəf nədir?
– Transferlərimiz oldu. Türkiyədən məşqçimiz gəldi. Yerli futbolçular yetişdirməyə çalışırıq. Mən hər zaman istəmişəm ki, “Qarabağ”ın heyətində azərbaycanlı oyunçular çox olsun. Bu gün də yeni hücumçunun transferi açıqlandı. Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki, bu futbolçular komandaya tez uyğunlaşsınlar.
– Sizcə, yeni transferlər komandanı irəli apara bilər?
– Tez uyğunlaşsalar, bəli. Çox təcrübəli futbolçulardır. “Qarabağ”ın oyununa nə qədər tez alışacaqlar, bilmirəm. Bu da Qurban Qurbanovun işidir.