- Baxış sayı: 38
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 156
- Dekabr 19, 2025
- 0


Martın 26-sında saat 20:00-da Bakı olimpiya stadionunda Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə matçı keçirəcək “Qarabağ”ın bu gün KİV üçün açıq məşqi oldu. Allsport.az saytı xəbər verir ki, komandanın prezidenti Tahir Gözəl brifinqdə açıqlama verdi:
“Türkiyədə zəlzələ oldu. İnsanlar həlak oldular. İlk günlərdən Azərbaycan qardaş ölkənin yanında oldu. Bu oyun fəlakətdən zərər çəkənlərə dəstək məqsədi daşıyan xeyriyyə tədbiridir.
Stadionda 40 min bayraq olacaq. 2 qardaş klub qarşılaşacaq. Təklif hər 2 tərəfdən oldu. Bu görüş nə vaxtsa olmalıydı. Qismət bu günlərə imiş”.