Tarixi rekordun sahibi mundialsız qaldı

Kurasao milli komandasının baş məşqçisi Dik Advokat DÇ-2026 ərəfəsində istefa verib.

Allsport.az xəbər verir ki, 78 yaşlı niderlandlı mütəxəssis bu qərarı qızının səhhətində yaranan ciddi problemlərlə əlaqələndirib. Onu həmyerlisi Fred Ratten əvəzləyib.

Advokat Kurasaonu tarixdə ilk dəfə dünya çempionatına çıxararaq İslandiyanın rekordunu yeniləyib — Kurasao mundiala vəsiqə qazanan ən az əhalisi olan ölkə (təxminən 160 min nəfər) kimi tarixə düşüb.

Həmin kateqoriyadan