- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

Moldova millisi ölkə tarixində ən böyük hesablı məğlubiyyətini alıb.
Allsport.az xəbər verir ki, moldovalılar DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Norveçə 1:11 hesabı ilə məğlub olub. Norveçlilərin əsas ulduzu Erlinq Holand 5, Telo Osqard isə 4 qol vurub.
Bundan əvvəl Moldova millisinin ən böyük hesablı məğlubiyyəti 2021-ci ilin martında 2022-ci il dünya çempionatının seçmə turnirində Danimarka yığması ilə oyunda 0:8 hesablı məğlubiyyət olub.