- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Rumıniya paytaxtı Buxarestdə gənc ağırlıqqaldıranların Avropa birinciliyi sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, Tokio oyunlarına lisenziyalı yarışda Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxıb.
O, yaşı 20-yə qədər olan azmanların rəqabətində birdən qaldırmada 150 kq-ı ram edərək 8-ci yeri tutub. 17 yaşlı həmyerlimiz təkanla 191 kq-ı başı üzərinə qaldıraraq 4-cü olub. Toplam 341 kq (150+191) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.
Tarmenxan Babayev gənclər arasında yarışda iştirak etsə də, əldə etdiyi iki nəticə yeniyetmələr arasında Avropa rekordu olub. Ağıq atletimiz təkanla qaldırma hərəkətində 191 kq-la Avropa rekordunu (187 kq) 4 kq və toplamda 341 kq-la Avropa rekordunu (339 kq) 2 kq yeniləyib.