Tatarıstan paytaxtında MDB ölkələri Bədən tərbiyəsi və idman şurasının iclası olub

Qazanda MDB-nin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq müqaviləsi iştirakçılarının bu mövzuda iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Rusiya gənclər və idman nazirinin müavini Aleksey Morozov sədrlik edib.

Toplantıda hazırda davam edən MDB ölkələrinin I oyunlarına bütün ölkələrin qatıla bilməməsindən təəssüf ifadə olunub. Bildirilib ki, Türkmənistan epidemioloji vəziyyətlə əlaqədar son anda Oyunlardan kənarda qalıb. Eyni zamanda indiyədək MDB oyunlarında koronavirusa yoluxma halının qeydə alınmadığı, amma ötən gün bəzi idmançıların zədələndikləri diqqətə çatdırılıb. Gələn həftə məktəblilər, dekabrda isə ailələr arasında festivalın təşkil olunacağı qeyd olunub. Həmin tədbirlərdə Azərbaycan iştirak etməyəcək.

İclasda ölkəmizi Azərbaycanı gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov təmsil ediblər. Tədbirdə çıxış edən adı 2-ci çəkilən şəxs, hazırda Azərbaycanda koronavirusla bağlı müəyyən məhdudiyyətlərin götürüldüyünü və tədbirlərin təşkilatçılığı ilə bağlı öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bildirib. O, yeni nazir Fərid Qayıbovun fəaliyyətə başlamasından sonra MDB daxilində əməkdaşlıqla bağlı konkret məlumatlar verə biləcəklərini söyləyib.

Həmin kateqoriyadan