- Baxış sayı: 512
- 17 Noyabr 2025 15:15
- Baxış sayı: 60
- Dekabr 05, 2025
- 0

Tatarıstanda kəmər güləşi və qırğız kuroş növləri üzrə dünya çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, böyüklər arasında klassik kəmər güləşində Ariz Hüseynov gümüş, Kazım İsmayıllı və Rəvan Həsənov bürünc medal qazanıblar.
Yeniyetmələr arasında klassik kəmər güləşində Nuhan Müzəffərov, Murad Mehtiyev, Namiq Əlizadə, Ramil Malıyev və Əmrah İsmayılov gümüş medal qazanıblar.
Çimərlik kəmər güləşində Ülvi Rzayev qızıl, Cəsur Mehtiyev və Amin Qulamov gümüş, Xəlil Murzayev və Yolqulu Məmmədov bürünc medal əldə ediblər.
İdmançılarımız klassik kəmər güləşi üzrə komanda yarışında 3-cü yeri tutublar.
Qırğız kuroşunda kişi idmançılarımızdan Ariz Hüseynov qızıl, Ülvi Rzayev, Cəsur Mehtiyev, Xəlil Murzayev, Yolqulu Məmmədov və Amin Qulamov bürünc, qadınlarda isə Gözəl Zutova və Diana Şoranova gümüş medal qazanıblar.
31 ölkədən 400-dən çox idmançının iştirak etdiyi 2 yarışda komandamız cəmdə 2 qızıl, 10 gümüş, 10 bürünc medal qazanıb.