- Baxış sayı: 608
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Özbəkistanın paytaxtı Daşkənddə Türk dövlətləri təşkilatı (TDT) gənclər və idman nazirlərinin 9-cu iclası keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə ölkəmizi gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
İclasda çıxış edən nazir Fərid Qayıbov ötən il ərzində TDT çərçivəsində gənclərlə iş və idman sahəsində həyata keçirilən əməkdaşlıq barədə ətraflı məlumat verib. Fərid Qayıbov Azərbaycan tərəfindən həyata keçirilmiş mühüm təşəbbüsləri – gənclərin iqlim fəaliyyətinə, idman diplomatiyasına və idman könüllülüyü hərəkatının inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.
Tədbir zamanı iştirakçılar TDT çərçivəsində gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib və ortaq layihələrin həyata keçirilməsi üçün yeni təşəbbüsləri dəstəkləyiblər.
Əməkdaşlığın daha səmərəli təşkili məqsədilə TDT gənclər və idman nazirlərinin 9-cu iclasına hazırlıq üçün ekspertlər iclası da keçirilib. İclasda ölkəmizi gənclər və idman nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova təmsil ediblər.