- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Türkiyə super liqasında “Fənərbağça” “Beşikdaş”ı 3:2 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, bununla da “sarı-lacivərdlilər”in baş məşqçisi Domeniko Tedesko uğurlu seriyasını davam etdirib.
Tedesko Türkiyə klubuna sentyabrın 9-da təyin edilib. O vaxtdan bəri “Fənərbağça” ölkə çempionatında səkkiz oyunda beş qələbə və üç heç-heçə edib.
Avropa liqasındakı çıxışları da daxil olmaqla, “Fənərbağça” 28 sentyabrdan bəri məğlubiyyətsizdir (yeddi oyunda altı qələbə və bir heç-heçə).