“Telekom” Türkiyədə nüfuzlu “Boğaziçi” beynəlxalq turnirində 2-ci olub

Qadın voleybolçulardan ibarət “Telekom” klubu Türkiyədə nüfuzlu “Boğaziçi” beynəlxalq turnirində qüvvəsini sınayıb. Allsport.az saytı xəbər verir ki, İstanbulun “Bağçagöy” İdman Zalında keçirilmiş yarışda “Beşikdaş”, “Çanaqqala”, “Əczaçıbaşı”, “Xalqbank”, “Sarıyer Bələdiyyəsi” komandaları da mübarizə aparıblar.

“A” qrupunda yer alan təmsilçimiz ilk oyununda “Sarıyer Bələdiyyəsi”ni 3:1, sonra “Beşikdaş”ı 3:0 hesabları ilə qalib gələrək qrup birincisi olub. “B” qrupunda isə qalib dünya ulduzlarından təşkil olunmuş “Əczaçıbaşı” olub. “Əczaçıbaşı” “Çanakkala” və “Halkbank” komandaları 3:0 hesabı üstələyib.

“Telekom”un yarımfinalda rəqibi “B” qrupunun ikincisi “Çanaqqala” olub. Baş məşqçi Zoran Qayiçin volebolçuları bu rəqibə də imkan verməyiblər – 3:0. Finalda bizimkilər “Əczaçıbaşı” ilə üz-üzə gəliblər. Heyəti əsasən gənc oyunçulardan qurulan “rabitəçilər” dünya yığması hesab edilən “əczacılar”a 0:3 hesabı ilə məğlub olub. Beləliklə, Bakı komandası turniri 2-ci yerdə bitirib.

Həmin kateqoriyadan