Tennisçilərin ölkə çempionatı

Bakı tennis akademiyasında ölkə çempionatında 22 oğlan və 12 qız həm fərdi, həm də qoşa yarışlarda mükafatlar uğrunda mübarizə aparıblar. Allsport.az saytı xəbər verir ki, ilin sonuncu yarışında oğlanlar arasında Kənan Qasımov, İmran Abdulla, Samir Qafarov, qızlardan isə Umayra Həşimova, Lalə Eyvazova və Xədicə Cəfərquluzadə mükafatçılar siyahısına düşməyi bacarıblar.

Qoşa yarışlarda isə Tamerlan Əzizovla Samir Qafarov birinci, İmran Abdulla ilə Yusif Rzayev ikinci yeri tutublar. Elman Ələsgərov və Ziya Ələkbərov 3-cü pillədə qərarlaşıblar.

Qalib və mükafatçılar 2023-cü ildə keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcək milli komandaların heyətlərini formalaşdıracaqlar.

Həmin kateqoriyadan