- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qəbələ” klubu yeni avrokubok mövsümünə böyükhesablı qələbə ilə start verib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Avropa Liqasının birinci təsnifat mərhələsinin “Samtredia” (Gürcüstan) ilə matçında 5:1 hesabı ilə qalib gəlib. Komandada ilk oyununu keçirən Teo Uiks “Qəbələ”nin tarixinə həm ilk liberiyalı, həm də avrokuboklardakı ilk het-trikin müəllifi kimi düşüb. “Samtredia” ilə matçda 3 qol vurub, 1 məhsuldar ötürmə verən Uiks matç haqda fikirlərini klub saytına açıqlayıb:
“Qəbələ”də ilk oyunum mənim üçün uğurlu oldu. Buna çox sevinirəm və belə davam etməsini istəyirəm. Qarşılaşmadan öncə qələbə qazanacağımıza inansam da, hesabın belə olacağını və özümün 3 qol vuracağımı gözləmirdim. Çünki rəqibimiz də güclü komandadır. Matçdan öncə şanslar da bərabər qiymətləndirilirdi. Lakin biz bu görüşdə daha yaxşı oynayıb, qalib gəldik. Üç qol vurmağa nail oldum ki, bu da karyeramda ilk het-trikdir. Mənim bu uğurum bütün komandanın əməyidir. Qollarımda və qələbəmizdə komanda yoldaşlarımın böyük rolu oldu”.
Uiks bu ay keçdiyi “Qəbələ”yə uyğunlaşması və “Samtredia” ilə cavab oyunu haqda da fikirlərini bildirib: “Qəbələ”yə gəldiyim ilk gündən komandaya uyğunlaşmağa, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməyə çalışıram. Bunlar da adaptasiyaya müsbət təsir edir. İlk qarşılaşmada yaxşı oynayıb, nəticə qazansaq da, qarşıda səfər oyunu da var. Bu matçın da çətin olacağını bilirik. Həmin oyuna da ciddi yanaşıb, bütün görüşlərə olduğu kimi hazırlaşacağıq”.