- Baxış sayı: 73
- 24 Mart 2026 15:23
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Macarıstanın MTK klubunun baş məşqçisi Teodor Vasiliş Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, “sarı-qırnızılar” barədə bunu söyləyib:
“Bizi təhlükəli rəqib gözləyir. Azərbaycan yığması artıq baxımlı futbol oynamağa başlayıb. Bu ölkənin klubları bir neçə dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. Bu, sadəcə, bəxtdən asılı ola bilməz. “Qəbələ” UEFA reytinqində 253-cü pillədə qərarlaşıb. Biz isə 363-cüyük. Məni istənilən hesablı qələbə qane edəcək”.