Ter Ştegenin ayrılığı dəqiqləşdi

“Barselona”nın kapitanı Mark-Andre ter Stegen mövsümün sonuna qədər icarə əsasında “Jirona”ya keçir.

Allsport.az tanınmış insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, tərəflər arasında şifahi razılıq artıq əldə olunub. 33 yaşlı almaniyalı qolkiper DÇ-2026 öncəsi mütəmadi oyun təcrübəsi qazanmaq üçün bu keçidə razılıq verib. Hazırkı müqaviləyə əsasən, o, 2026-cı ilin yayına qədər “Jirona”nın uğurları üçün çalışacaq.

Bu mövsüm zədə səbəbindən əsas heyətdəki yerini itirən Ter Stegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilə qədərdir.

Həmin kateqoriyadan