- Baxış sayı: 58
- 09 Aprel 2025 23:16
- Baxış sayı: 74
- Aprel 14, 2025
- 0
Noyabrın 8-də Polşanın Terespol şəhərində “Zirve İnternational Sport Clubs”ın daha bir seçmə yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, bu, “Terespol-Zirvə”nin ilk daxili çempionatı olub. Buna baxmayaraq, turnir açıq xarakter daşıyıb.
Klubun öz idmançıları ilə yanaşı, “GOK Koroszczyn”, “WLKS Siedlce”, “LKS Orleta Lukow” və “AZS-AWF Biala Podlaska” klubunun nümayəndələri də medallar uğrunda mübarizəyə qoşulublar. Ümumilikdə, 82 ağır atletin qatıldığı çempionatın ən gənc iştirakçısının (Çarek Yasçik) 8 yaşı vardı.
Medal sıralamasında “Terespol-Zirvə” İK 2 qızıl və 3 bürünc medalla 2-ci yeri tutub. Birinci yerə 3 qızıl, 3 gümüş və 1 bürünc medalla “LKS Orleta Lukow” layiq görülüb.
Yüksək təşkilatçılıq səviyyəsində baş tutan “Terespol-Zirvə”nin bu çempionatı dekabrda Azərbaycanda keçiriləcək klubun dünya çempionatına seçmə xarakter daşıyırdı. Bu səbəbdən yarışdakı yalnız bu klubun üzvlərinin nəticələri nəzərə alınacaq.