- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Zirvə” Beynəlxalq İdman Klubunun cari ildə ağırlıqqaldırma üzrə ilk mərhələ yarışlarına start verdiyi haqda xəbər vermişdik. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, Azərbaycanda başlayan turnir ölkə xaricində Polşada davam edib.
“Terespol-Zirvə”nin təşkil etdiyi mərhələ fevralın 21-də keçirilib. Turnirə bizimlə yanaşı, “Brjeç”, “Orleta Lukov” və “Start Otvok” klubunun üzvləri də qatılıblar. Ümumilikdə, körpücük üzərinə 35 idmançı çıxıb. Yarışda ən çox medalı isə “Terespol-Zirvə” atletləri qazanıblar.
Yarış bütün beynəlxalq qaydalara uyğun olaraq, yüksək ixtisaslı hakimlər tərəfindən keçirilib. Turnir Sinkleyr cədvəli üzrə qadınlarda U-15 və U-20, kişilərdə isə U-12, U-15, U-17 və U-20 yaş qruplarında keçirilib. Qalib adlarını müvafiq olaraq qadınlarda Anna Xomyuk, Aqneşka Xomyuk, kişilərdə Lazuqa Konrad, Andrey Raşipkin, Qjeqoj Koval, Mateuş Sikora qazanıblar. Medalçılar fəxri diplom, kubok və medallarla mükafatlandırıblar.