- Baxış sayı: 34
- 05 Dekabr 2025 10:00
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Formula-1 üzrə Azərbaycan qran prisi ərəfəsində Bakı şəhər halqası əməliyyat şirkətinin təşəbbüsü ilə idman və mədəniyyətin qovuşduğu bir layihə həyata keçirildi.
Allsport.az xəbər verir ki, Azərbaycanın dünya şöhrətli şahmat ustası, FİDE dünya kubokunun qalibi Teymur Rəcəbov “Ferrari” komandasının ulduz pilotları – Lüis Həmilton və Şarl Lekler ilə dostluq oyunu keçirdi.
Bu özəl görüş düşərgədə baş tutdu. Layihə şahmatın strateji düşüncə və intellektual gücü ilə Formula-1-in sürət və texnologiyaya əsaslanan dünyasını bir araya gətirərək iki idman növünün ortaq dəyərlərini – dəqiqlik, diqqət və taktikanı – ön plana çıxardı.
Oyunun sonunda qrossmeyster pilotlara Azərbaycan sənətinin incəliklərini və şahmat mədəniyyətini özündə birləşdirən xüsusi hazırlanmış xalçaları təqdim etdi. Bu rəmzi hədiyyə həm qədim ənənələrin, həm də müasir yaradıcılığın parlaq təcəssümü kimi qlobal auditoriyaya təqdim olundu.
Görüşdən hazırlanmış video artıq “Ferrari”nin rəsmi instaqram səhifəsində paylaşılaraq milyonlarla azarkeşə təqdim olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla izlənilir.