- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Sumqayıt” konfrans liqasının ilkin ələməsində evdə Serbiyanın “Çukariçki” klubuna 0:2 (səfərdə – 0:0) uduzaraq, mübarizədən kənarlaşıb. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Ayxan Abbasov yenilgiyə belə şərh verib:
“Oyuna belə başlamaq istəməzdik. Rəqib çox asan qollar vurdu və üstünlük yaratdı. Həmin hücumlara hazırlaşmışdıq. Gözlədiyimiz hücumdan qol buraxdıq. 2-ci qol isə penaltidən oldu və nəticəni dəyişə bilmədik. Növbəti hissədəki çıxışdan razı qaldım. Bir qol vursaydıq, bəlkə də, geri dönüş edə bilərdik.
Çempionatda üçüncü yeri tutmaq çox çətin idi. Bu gün konfrans liqasında çıxış etdik, komanda inkişafdadır. Futbolçuların səhvlər etməsini istəmirik. Amma bunun üçün təcrübə lazımdır. “Çukariçki”ni keçmək olardı. Tez qol buraxmasaydıq, oyunun axarı başqa cür olardı. Bizim üçün avrokubok mövsümü bitdi. Amma futbolçularıma dedim ki, bu həyəcanı yenidən yaşamaq istəyiriksə, daha da istəkli olmalıyıq.
Son 3 il çempionatda ilklər etmişik. Bu şəhərin arzusu avrokuboklarda oynamağımız idi. Təəssüf ki, uğurla alınmadı. Heyətin gücləndirilməsi vacibdir. Bunun üzərində işləyəcəyik. Bəzi çatışmazlıqlarımız var”.