“Tezliklə məşqlərə qayıdacayıq”

Allsport.az xəbər verir ki, rusiyalı UFC döyüşçüsü Xamzat Çimayev aldığı zədədən sonra son durumundan danışıb:

“Çox xəstə idim, əlim zədələnmişdi, ona görə də dərhal geri qayıda bilmədim, bütün azarkeşlərə demək istəyirəm ki, hamınızdan çox mən özüm özümü döyüşdə görmək istəyirəm, bu işi sevirəm. Tezliklə məşqlərə qayıdacayıq İnşaAllah!”

Çimayev MMA üzrə 13 döyüş keçirib və 13 qələbə qazanıb.

Həmin kateqoriyadan