- Baxış sayı: 35
- 20 Mart 2026 09:45
- Baxış sayı: 130
- Mart 19, 2026
- 0

Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.
Allsport.az xəbər verir ki, dünya cüdo turuna daxil olan yarışın ilk günündə bir cüdoçumuz fəxri kürsüdə yer alıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov finala gedən yolda Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstan təmsilçilərini ipponla məğlub edib. Həlledici görüşdə Qazaxıstan idmançısı Nurqanat Sərikbayevə yuko xalı ilə məğlub olan idmançımız gümüş mükafata layiq görülüb. Bu, 23 yaşlı cüdoçumuzun yeni çəkidə ilk, karyerasında isə dördüncü “Böyük dəbilqə” medalı olub.
Sabah daha 4 cüdoçumuz tatamiyə çıxacaq.