- Baxış sayı: 87
- 26 Mart 2026 12:57
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Rusiyalı tennisçi Mariya Timofeyeva, Dohada keçirilən seçmə turnirin finalına çıxa bilməyib.
Allsport.az xəbər verir ki, təsnifat yarışlarının 1/2 final mərhələsində dünyanın 100-cü raketkası Timofeyeva VTA reytinqində 52-ci yerdə olan Polşa təmsilçisi Maqdalena Freşlə qarşılaşıb. Rəqiblər arasında 2 saat 31 dəqiqə davam edən qarşılaşma 3-cü setdə tay-breyk hesablı qələbə ilə başa çatıb – 2:6, 6:0, 7:6 (7:5).
Seçmə finalda Freş Alisiya Parks (ABŞ) – Kamilla Rəhimova (Rusiya) görüşünün qalibi ilə oynayacaq.