Tofiq Bəhramov – 100!

Bu gün dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür. Allsport.az xəbər verir ki, o, 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub.

Dünya futbol tarixinə “Qızıl fit” alan yeganə laynsman kimi düşən soydaşımız futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub. Ancaq futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. Keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. 

Tofiq Bəhramova dünya şöhrəti gətirən oyunu isə 1966-cı il İngiltərədə keçirilən dünya çempionatının final qarşılaşması olub. Almaniya – İngiltərə final qarşılaşmasında yan xətt hakimi kimi yaşıl meydanda olan Bəhramov qarşılaşmada Cef Hertzin qapı xəttindən keçən qolunu qeydə alıb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.

O, Azərbaycan futbol federasiyaları assosiasiyası yarananda hakimlərin sədri, sonra baş katib vəzifələrində çalışıb. Hazırda gənclər və idman nazirliyinin nəzdində olan respublika stadionu onun adını daşıyır.

Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

Həmin kateqoriyadan

azenrutr