- Baxış sayı: 29
- 24 Fevral 2025 22:59
- Baxış sayı: 38
- Fevral 23, 2025
- 0
Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə futbol veteranları və idman jurnalistləri arasında yubiley matçı təşkil edilib.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin Tofiq Bəhramov adına respublika stadionu ilə birgə təşkil etdiyi oyunda əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra mərhum hakimin və II Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Start fitindən əvvəl T.Bəhramovun nəticəsi Bəhram Bəhramov topa simvolik toxunuş edib. Qarşılaşma futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.