Tofiq Heydərov: Buraxdığımız səhvləri yeniyetmələrin təkrar etmələrinə mane olmalıyıq

Bu gün Daşkənddə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının növbeti konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda bir çox əhəmiyyətli məsələlər müzakirə edilərək təsdiqini tapıb. Bu yığıncaqda əsas maraq yeni çəki dərəcələrinin təsdiq edilmesi və Tokio-2020 olimpiya oyunlarına lisenziyaların verilməsində yeni qaydaların tədbiq olunması idi.

AAAF-in vitse-prezidenti Tofiq Heydərov bildirib ki, 32 il öncə Özbəkistana SSRİ idman ustası normasını yerinə yetirmək üçün yolanmışdı. Sitat: “SSRİ birinciliyində 14 yaşında idman ustası olmaq mənə qismət olmayıb. Amma burada idman karyeramı dəyişə biləcək hadisələr baş verib. Bu gün yeniyetmə ağıllıqqaldıranlarımıza xüsusi diqqət yetirməliyik və buraxdığımız səhvləri onların təkrar etmələrinə mane olmalıyıq. 

Dünyanı gezdikcə, ölkəmizdə geden inkişafın, xüsusi ilə idman sahəsində uğurlarımız bizleri daima qürurlandırır. Allahın köməkliyi ilə hamılıqla bütün sahələrdə respublikamızın inkişaf etməsi üçün əlimizdən gəleni etməliyik.
Allah üçrəngli bayrağımızı daima zirvələrdə dalğalandırsın!”

Tədbirdə ölkəmizi AAAF-in baş katibi Rizvan Rəsulov və federasiyanın nümayətndəsi Fəxri Ağayev də təmsil edirlər.

Həmin kateqoriyadan