Tofiq Heydərov: Gənclərimizin mötəbər yarışlarda göstərdikləri nəticə səviyyələrinə görə çox yaxşıdır

“Milli komandamız böyük ölçüdə yeniləndi. İndi toparlanırıq. Əsas diqqət yeniyetmə və gənclərə yönəlib”. Bunu allsport.az saytına açıqlamasında AAAF-in vitse-prezidendi Tofiq Heydərov dedi. Ünlü ağırlıqqaldıranın sözünə görə, aşağı yaş qruplarında çıxış edən idmançılarımızın mötəbər yarışlarda göstərdikləri nəticə səviyyələrinə görə çox yaxşıdır:

“Əsas çətinliyimiz dopinqlə bağlı idi ki, hazırda bu məsələni böyük ölçüdə həll etmişik. Milli antidopinq agentliyi ilə sıx əlaqədəyik. Onlar maarifləndirmə işində bizə çox kömək edirlər. Ötən il bu qurumun hesabatında test götürülmə siyahısında 7-ciydik. Cəmi 2 idmançımız sınaqdan çıxa bilməmişdi. Bu, digərləri ilə müqayisədə qənaətbəxdir.

Batumidə keçiriləcək Avropa çempionatı Tokio olimpiadasına lisenziya xalları verəcək. Çalışacağıq ki, imkan daxilində çox xal toplayaq. Bu yarış həm də gənclərimizə böyük praktikadır. Təcrübəli ağırlıqqaldıranlarımıza gəlincə, Boyanka Kostova hələ formada deyil. Dopinqə görə cəzalı dönəmdə elə də yaxşı məşq keçməyib. O, çox güclü idmançıdır. Əvvəlkli formasına qayıdanda, yenə medal qazanacaq”.

Həmin kateqoriyadan