Tofiq Heydərov: Azərbaycan və dünya ağırlıqqaldırma idmanına böyük xəyanət edildi

“Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərov öz Feysbuk hesabında açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, “AAAF Holdinq”in rəhbəri kimi işinə maneə olunduğunu və ağır atletika federasiyasının vitse-prezidenti olaraq küsdürüldüyünü qeyd edib:

“2019-cu ildə “AAAF Holdinq və Beynəlxalq ağırlıqqaldırma federasiyası arasında qarşılıqlı əməkdaşlıq imzalanmalı idi. Memoranduma əsasən, “AAAF Holdinq” ağır atletika üzrə dünya çempionatları, beynəlxalq turnirlərin və təlim məşq toplanışlarının təşkil edilməsində yaxından iştirak edəcəkdi. Bu anlaşma dünya ağırlıqqaldırmasının sürətli inkişafına səbəb olacaqdı. Hər il ən azı üç ölkədə AAAF park inşa edilməli idi. Bütün yaş qrupları üzrə keçirilən dünya çempionatları “AAAF Holdinq”in inşa etdiyi komplekslərdə təşkil olunmalı idi. Memorandumun əsas şərtlərini qısa formada nəzərinizə çatdırıram:

– “Zirvə” BİK və BAF dünya çempionatının keçiriləcəyi respublikada ən azı 10 ha ərazidə AAAF park lahiyəsini inşa edəcəkdi;
– Yarış bitəndən sonra otellər, yaşayış binaları və qeyri yaşayış obyektləri biznes məqsədi ilə satışa çıxarılacaqdı;
– Əldə olunan gəlir “Zirvə”, BAF və yerli federasiya arasında bölünməli idi;
– Yarış salonu, məşq zalları və idman qurğuları isə “Zirvə”nin şəxsi mülkü kimi həmin dövlətdə ağır atletikanın inkişafına xidmət göstərməli idi.

Qətərdə keçirilən BAF konqresində rəsmi olaraq memorandum imzalanmalı idi. Amma təəsüflər olsun ki, hava limanında mənim bu mərasimdə iştirak etməyimin qarşısı alındı. Vergi istintaq idarəsinin qeyri qanuni ölkədən çıxışıma icazə verməməsi bizi çıxılmaz bir vəziyyətə saldı. Bu tədbirdən əvvəl və sonra çox rahat hər yana getmək mümkün olduğu halda bu oyunun kimlər tərəfindən qurulduğunu bu günədək anlaya bilmədim. 2-ci dəfə səssizcə AAAF-nın tam səlahiyətli vitse prezident vəzifəsindən istefa verərək ağır atletikadan uzaqlaşdım.

Fikirləşdim ki, hər işdə bir xeyir var, Allah qoysa. Zamanı gəlincə səbəbini açıq biləcəyik. Bəlkə də yumşaqlıq edib, bu xain və satqınların qarşısında məğlub olaraq iradə nümayiş etdirmədim. Mübarizə aparmaq yerinə küsüb kənara çəkildim. Amma inanıram ki, Allahın köməkliyi mənim yarımçıq qoyduğum işləri kimsə zamanında davam etdirəcək və Allah qoysa, haqq ədalət dünyamızda həmişə qalib gələcək.

Dünyanın ədalətli idman mərkəzi Azərbaycanımız olacaq!!!”

Həmin kateqoriyadan