Tokio-2020: 17 olimpiyaçımız çıxışını başa vurub

Tokio-2020-də Azərbaycanı 40 vəsiqə üzrə 44 idmançı təmsil edir. Allsport.az saytı xəbər verir ki, iyulun 24-dən bu günə kimi mübarizəyə qoşulan 21 idmançımızdan 17-si çıxışını medalsız başa vurub. “Dördillik”lə erkən vidalaşanlar bunlardır:

Cüdo: Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq)
Güllə atıcılığı: Emin Cəfərov
Boks: Tayfur Əliyev (57 kq.), Lorenzo Sotomayor (69 kq)
Qılıncoynatma: Anna Başta
Velosiper idmanı: Elçin Əsədov
Üzgüçülük: Maksim Şemberev və Məryəm Şeyxəlizadə-Xangah
İdman gimnastikası: İvan Tixonov və Marina Nekrasova
Taekvondo: Fəridə Əzizova və Milad Beiqi Xerçaqani
Triatlon: Rostivlas Pevstsov.

Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Cavid Çələbiyev (63 kq.) və Məhəmməd Abdullayev (+91 kq.) 1/16 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər. Güllə atıcısı Ruslan Lunyov isə ilk mərhələlərdə uğursuz çıxış edib, amma 25 metr məsafə yarışında da qüvvəsini sınayacaq.

Badmintonda Edi Reski Dviçayo “L” qrupda sonuncu görüşünü iyulun 29-da danimarkalı Anders Antonsenə qarşı keçirəcək. Qrupu lider kimi tamamlayan badmintonçu 1/8 finala adlayacaq.

Həmin kateqoriyadan