Tokio-2020: 27 vida, 2 davam, 11 lisenziyaçı gözləyir

Bu gün daha 1 idmançımız Tokio-2020 ilə vidalaşıb. Allsport.az saytı xəbər verir ki, güllə atıcımız Ruslan Lunyov 21-ci yeri tutub.

Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Elis Manolova (68 kq) uğursuz çıxış etsələr də, rəqibləri finalacan irəlilədiyindən, ümid sabahkı təsəlliyə qalıb.

Cəmdə Yaponiya ilə vidalaşan olimpiyaçılarımızın sayı 27-ə çatıb. 2 təmsilçimiz üçün bürünc imkanı var, digər 11 lisenziyaçı start vaxtını gözləyir.

Hələlik 2 bürünc medalımız var. Fərqlənənlər cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominqesdir (+81 kq).

Millimiz oyunlara 40 vəsiqə və 44 idmançı ilə qoşulub.

Həmin kateqoriyadan