- Baxış sayı: 590
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0
Tokio-2020-nin Təşkilat Komitəsi 5 idman növünün Yay Olimpiya Oyunlarının proqramına salınmasını Beynəlxalq Olimpiya Komitəsinə təklif edib. Allsport.az saytı xəbər verir ki, ilk siyahıda 8 növü göstərilsə də, sonradan beysbol, karate, serfinq, qayayadırmanma və skeytbord da təkliflər arasında yer alıb.
BOK bu təklifə müsbət yanaşacağı halda, 2020-ci ildə Tokio Oyunlarında idmanın bu növləri üzrə 474 idmançı 18 dəst medal uğrunda mübarizə aparacaq.Yekun qərar gələn ilin avqustunda BOK-un Rio-de-Janeyroda keçiriləcək 128-ci Baş Assambleyasında veriləcək.