- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkədə idmanın ağırlıqqaldırma növü ilə bağlı məsələləri federasiya prezidenti Cahangir Əsgərovla müzakirə etdim. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası Azərbaycanla 30 ilə yaxındır sıx əməkdaşlıq edir. AAAF rəhbərliyinə bu idman növü ilə bağlı məsələlərdə fəallıq göstərdiklərinə görə təşəkkür edirəm”.
Allsport.az saytı xəbər verir ki, bunu Bakıda səfərdə olan IWF-in prezidenti Tomaş Ayan mətbuat konfransında deyib. Odlar yurduna yenidən səfər etməkdən məmnunluğunu bildirən qonaq, Azərbaycan və dünya ağırlıqqaldırmasının hazırkı vəziyyəti və yaranmış problemlərin həlli barədə məlumat verib. Onun sözünə görə, bizdə bu növə böyük maraq var. İdmançılarımız beynəlxalq yarışlarda kifayət qədər uğurlu nəticələr qazanıblar. Azərtac.az-ın məlumatına görə, Tomaş Ayan bizim idmançıların cəzasının yüngülləşməsinə çox seviib:
“Pekin və London olimpiadalarında iştirak etmiş idmançıların qan nümunələrinin təhlillərinin nəticələri və Azərbaycanın bir illik cəza alan 9 ölkə arasında olması məni təəccübləndirdi. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası bu idman növünün daha da təmiz olması üçün müxtəlif tövsiyələr irəli sürüb. Həmin tövsiyələr arasında bir sıra meyarlar da var. Bütün meyarları qəbul edən ölkə federasiyalarından biri də məhz Azərbaycan Ağır Atletika Federasiyası idi. Biz ağır atletika sahəsində Azərbaycanı çox yaxşı tərəfdaş kimi görürük.
Bu ilin iyununda Təmiz İdman Komissiyası mənə hesabat verdi ki, Azərbaycan Ağır Atletika Federasiyası bu meyarlara tam əməl edib. Ona görə də Azərbaycan idmançılarına nəzərdə tutulan vaxtdan əvvəl yarışlarda iştirak etməyə icazə verilib. Bu baxımdan, Azərbaycan 9 ölkə arasında cəzası yüngülləşdirilən və yarışlara qatılmağa icazəsi verilən ilk ölkə olub. Bu əməkdaşlığa görə Azərbaycan Ağır Atletika Federasiyasına minnətdarlıq edirəm”