- Baxış sayı: 27
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

İsveç millisi baş məşqçisiz qalıb.
Allsport.az xəbər verir ki, Yon Dal Tomasson zəif nəticələrə görə istefaya göndərilib. Ötən gün İsveç 2026-cı il dünya çempionatının seçmə mərhələsinin dördüncü turunda Kosovoya 0:1 hesabı ilə məğlub olub. Komanda dörd oyundan bir xalla “B” qrupunda dördüncü yerdədir.
İsveç noyabrın 15-də İsveçrə ilə qarşılaşacaq.
49 yaşlı danimarkalı məşqçi Tomasson ötən ilin martından İsveç millisini çalışdırırdı.