Toni içkili maşın sürüb

Toni Ferqüson Los Ancelesdə sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs edilib.

Allsport.az xəbər verir ki, hadisə dünən gecə Hollivudda baş verib. 

O, sərxoş halda kafedən çıxıb, “Pikapın” idarəsini itirib və yolun kənarında dayanmış iki avtomobilə çırpılaraq dayanıb.

Qəza yerinə gələn polis Ferqüsonun sərxoş maşın sürməsindən şübhələnib:

“Döyüşçüdən spirtli içki iyi gəlirdi, o, özünü aqressiv aparıb və müayinədən imtina edib” – deyə, polislər bildiriblər.

Toni həbs edilib və onu cərimə gözləyir. Əgər testdən imtina edərsə, sürücülük vəsiqəsini itirə bilər.

Həmin kateqoriyadan