Toni Ronaldu ilə razılaşdı

“Əl Əhli”nin hücumçusu Ayven Toni İngiltərə yığmasının dünya çempionatının seçmə mərhələsi oyunlarına çağırılmamasından sonra Səudiyyə Ərəbistanı liqasını premyer liqa ilə müqayisə edib.

Allsport.az xəbər verir ki, o, “Əl Nəsr”in hücumçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanı liqasının dünyanın ən yaxşı beş çempionatlarından olmasını deməsi ilə razılaşdığını söyləyib:

“Ronaldu bütün dünyanı gəzib və yəqin ki, məndən çox şey bilir. Çünki mən yalnız premyer liqa, çempionşip, birinci və ikinci liqada çıxış etmişəm. Mənim üçün Səudiyyə Ərəbistanı liqası premyer liqa ilə eyni səviyyədədir.

“Əl Əhli” premyer liqada çıxış etsəydi, ilk dördlüyə yaxın olardı”.

Həmin kateqoriyadan