- Baxış sayı: 32
- 28 Noyabr 2024 19:10
- Baxış sayı: 92
- Noyabr 28, 2024
- 0
Şağan olimpiya idman komleksində “Topaz” futbol festivalının final mərhələsinin açılışı baş tutdu. Allsport.az saytı xəbər verir, öncə iştirakçı komandaların keçidi oldu. Sonra dövlət himni səsləndirildi. Mərasimdə çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıdılar.
Deyildi ki, məqsəd Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də minifutbolun kütləviliyini artırmaqdır. Ölkənin 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. İki ay davam edən festivalın bütün komandalarının üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə “Topaz” öz xüsusi hədiyyəsini verib.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdi. Turnirin final mərhələsində 8 komanda – “Premier Quba”, “Füzuli”, “Xəzər Lənkəran”, “Qax”, “Gəncə Şərab 2”, “Novxanı”, “Abşeron” və “Sumqayıt–70” komandaları mübarizə aparıb.
Tədbir çərçivəsində müxtəlif viktorinalar keçirilib. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə olundu.