- Baxış sayı: 40
- 22 Mart 2026 15:50
- Baxış sayı: 277
- Mart 22, 2026
- 0

Premyer liqanın IX turu “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün əlamətdar olub.
Allsport.az xəbər verir ki, o, premyer liqada 100-cü oyununu keçirib.
23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib.
Bütün oyunlarını “Qarabağ”da keçirən Toralın debütü 2019/20 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.