- Baxış sayı: 25
- 09 Aprel 2025 22:10
- Baxış sayı: 59
- Aprel 09, 2025
- 0
“Qarabağ”ın Avropa liqasında “Tottenhem”lə keçirəcəyi matçın biletləri satışa çıxarılıb.
Allsport.az xəbər verir ki, Ağdam klubunu dəstəkləmək istəyən azarkeşlər vauçerləri iTicket.az-dan onlayn şəkildə əldə edə bilərlər.
Londondakı “Tottenham Hotspur Stadium”da oyunu izləyəcək azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “Block 503” sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişə biləcəklər. Biletlərin qiyməti 80 AZN-dir.