- Baxış sayı: 24
- 10 Mart 2026 16:28
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

“Roma”nın əfsanəvi kapitanı Françesko Totti doğma klubuna qayıtmağa hazırlaşır.
Allsport.az xəbər verir ki, 49 yaşlı Totti ilə klub rəhbərliyi arasında məşqçilər heyətində yer alması barədə artıq razılıq əldə olunub.
Danışıqlar yekun mərhələdədir və “Roma”nın canlı əfsanəsinin kluba qayıdışı yaxın vaxtlarda rəsmən elan ediləcək. Hazırda Can Pyero Qasperininin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq Tottinin hansı rəhbər vəzifəni tutacağı ilə bağlı detallar hələlik açıqlanmayıb.
1993-cü ildən 2017-ci ilə qədər bütün karyerasını “canavarlar”ın heyətində keçirən Françesko Totti çıxdığı 785 matçda 307 qol və 205 məhsuldar ötürmə ilə yadda qalıb.