Totti yenidən “Roma”da

“Roma”nın əfsanəvi keçmiş kapitanı Françesko Totti doğma komandasına rəhbər vəzifədə qayıtmaq üçün danışıqlar apardığını təsdiqləyib.

Allsport.az xəbər verir ki, hazırda klubun baş məsləhətçisi olan Klaudio Ranyerinin təklifi ilə gündəmə gələn bu qayıdış artıq reallaşmaq üzrədir.

“Sky Sport”a müsahibə verən 49 yaşlı Totti “Roma”nın onun evi olduğunu və klub rəhbərliyi ilə müəyyən detalları müzakirə etdiklərini bildirib. Məlumata görə, əfsanəvi futbolçuya klubun texniki direktoru vəzifəsi təklif olunub. O, komanda daxilində Paolo Maldininin bir vaxtlar “Milan”da yerinə yetirdiyi funksiyaya bənzər bir rol alacaq — rəhbərliklə baş məşqçi və futbolçular arasında əsas əlaqələndirici şəxs olacaq.

Totti bütün karyerasını (1992-2017) “Roma”da keçirib, 2017-2019-cu illərdə isə klubda idarəçi kimi çalışıb. Hazırda tərəflərin maliyyə şərtləri və Tottinin səlahiyyət dairəsi üzərində son razılaşmaları apardığı qeyd olunur.

Həmin kateqoriyadan