- Baxış sayı: 128
- 08 Noyabr 2024 23:59
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2015” veloyürüşünün təqdimat çarxı hazırdır. Allsport.az xəbər verir ki, mayın 6-10-da keçiriləcək 5 günlük yürüşdə velosipedçilər ümumilikdə 870 km məsafə qət edəcəklər.
Yarışın proqramına əsasən, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 7-də Qəbələ-Şəki-Qəbələ (180 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da paytaxtda təşkil olunacaq sonuncu mərhələ (144 km) isə Bakı-2015 ilk Avropa Oyunlarının marşrutu üzrə keçiriləcək.
Qeyd edək ki, “Tour d’Azerbaïdjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.